Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:35

Saakashvili dənizi zəbt edənlərin hasarını dağıdır


Ukraynanın Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili şəhər çimərliklərini zəbt edən, hasarlar çəkərək "özəlləşdirən" oliqarxların hasarlarını dağıdır. Saakaşvili Ukrayna Regionlar Partiyasının keçmiş nüfuzlu şəxslərindən olan milyonçu Vasili Xmelnitskinin "Delfin" çimərliyindəki pansionatına yollanıb. "Zelyonıy Bereq" adlı bu pansionat "Delfin" və "Çkalov" çimərlikləri arasındakı ərazini tamamilə zəbt edib, dəniz sahilini hasarlamışdı.

M.Saakaşvilinin göstərişi ilə fəhlələr buldozerlə çimərlikdəki hasarı dağıdıblar.

"Burdakı bəzi adamlar çimərliklərə hasarlar çəkir, divarlar hörürlər. Həmin hasarların, divarların hamısı uçurulacaq. Çünki belə tikililər Odessanın turizm mərkəzinə çevrilməsinə, yerli sakinlərin normal istirahətinə mane olur", -bunu M.Saakaşvili deyir.

XS
SM
MD
LG