Azərbaycanın son 22 ili keçmiş prezident Heydər Əliyev və onun oğlu İlham Əliyevin hakimiyyəti altında keçir. Onlar nə qədər ata-oğul olsalar, eyni siyasəti apardıqlarını desələr də fərqlər də az deyil.
Son illər onların xüsusilə xarici siyasətdə addımları, daxili siyasətdə ictimai qurumlar, media təşkilatları ilə münasibətlərindəki fərqlər tez-tez sosial mediada müqayisə edilir.
Sizcə, Heydər Əliyevlə İlham Əliyevin prezidentliyi illərində hansı fərqlər var?
Onların hakimiyyət illərini necə müqayisə edərdiniz?
Fikirlərinizi aşağıdakı foruma yazın, polemikaya Siz də qoşulun.