-
İyulun 24-də Türkiyə hərbi təyyarələri İraqın şimalında «İslam dövləti» terror qruplaşması və PKK yaraqlılarına zərbələr endirib.
Bu haqda Türkiyə hökumətinin məlumatında deyilir.
Türkiyə hərbi aviasiyasının PKK-nın 7 düşərgəsinə hücum etdiyi xəbər verilir. PKK hərbi rəhbərliyinin yerləşdiyi Kandil də hücuma məruz qalıb.
Böyük Britaniyada fəaliyyət göstərən hüquq müdafiəçiləri «İslam dövləti»nin 9 döyüşçüsünün öldüyünü, 12-sinin yaralandığını bildirirlər.
Əməliyyatlar çərçivəsində polis Türkiyənin 16 əyalətində reydlər keçirib, 300 nəfər saxlanıb. Onlar «İslam dövləti» və PKK ilə bağlantıları olmaqda şübhəli bilinirlər.
Türkiyə ordusunun son hərəkətləri iyulun 23-də Suriya ilə sərhəddəki blokpostlarına edilən hücumlara cavabdır. Hücum zamanı bir hərbçi öldürülmüşdü.
İyulun 20-də isə Suriya sərhədi yağınlığında yerləşən Suruç şəhərində intiharçı terrorçunun törətdiyi partlayışda 32 kürd fəalı ölüb.