- "Azərbaycan bu festivalın incəsənət hissəsində (Ediburgh Festival Fringe) bir dəfə - 2013-cü ildə baş nazirin müavini, yazıçı Elçin Əfəndiyevin "Mənim sevimli dəlim" tamaşası ilə iştirak edib."
Dünyanın ən böyük iki festivalı
Hər il avqustda Edinburqda iki möhtəşəm festival olur. Bunlardan biri artıq başlanıb. 7 aqustdan avqustun 31-ə qədər davam edəcək festival Edinburq İncəsənət Festivalıdır (Edinburgh Festival Fringe).
Bu il həmin festival çərçivəsində Edinburq şəhərində 3 mindən artıq tədbir olacaq. Dünyanın ən böyük incəsənət festivalıdır.
İkinci festival isə Edinburq Beynəlxalq Kitab Festivalı (Edinburgh International Book Festival) adlanır, 15 avqustdan 31 avqusta qədər olur. Son hazırlıqları başlanıb.
Bu müddətdə 700-dən artıq ədəbiyyat tədbiri keçirilir. Müxtəlif yaş və maraqlara uyğun ədəbiyyat tədbirləri.
Bu il də Edinburqun mərkəzi – Şarlotta Meydanında yaradılmış ədəbiyyat kəndində 800-dən artıq yazıçının və digər qonaqların qalması üçün şərait yaradılıb.
Dünyanın müxtəlif ölkələrindən oxucular və yazıçılar toplaşaraq, cürbəcür ədəbiyyat məsələlərini müzakirə edəcəklər.
Onların arasında Nobel və Buker mükafatçısı olan yazıçı, şair və filosoflardan tutmuş karikaturaçılara, rəqqaslara qədər bir çox sənət adamları var. (ardı aşağıda)
Bu qədər önəmli ədəbiyyat və incəsənət tədbirində Azərbaycan necə iştirak edir?
Azərbaycan bu festivalın incəsənət hissəsində (Ediburgh Festival Fringe) bir dəfə - 2013-cü ildə baş nazirin müavini, yazıçı Elçin Əfəndiyevin "Mənim sevimli dəlim" tamaşası ilə iştirak edib.
O zaman tamaşanın orada göstərilməsinə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti (AZICS) sponsorluq edib.
Festivalın ədəbiyyat hissəsində (Edinburgh Book Festival) isə iştirakçılar haqda geniş məlumatın əks olunduğu proqram jurnalına əsaslanaraq deyə bilərik ki, nə keçmişdə, nə də 2015-ci ildə Azərbaycan yoxdur.
Həmçinin oxu:
Müstəqil türk teatr qrupu bu festivala necə qatıldı?
Oxu zalı