-
Rusiyanın XİN-i Sergey Lavrov Səudiyyə Ərəbistanının xarici siyasət idarəsinin rəhbəri ilə birgə keçirdiyi mətbuat konfransında söyüş söyüb.
Mətbuat konfransının məhz bu hissəsi Rusiya internet məkanında qızğın müzakirələrə səbəb olub.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zakharova məsələni şərh etmək istəməyib:
"Mətbuat konfransını mən aparırdım. Açığı, mən belə şey eşitməmişəm, mənə elə gəlir, zaldakı jurnalistlər də eşitməyib. Dodaqdan nəsə "oxumaq" isə mənlik deyil".