Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:28

“Cavidin davadan xəbəri olmayıb”


Cavid Hüseynov
Cavid Hüseynov

-

Hazırda həbsdə olan futbolçu Cavid Hüseynovun vəkili Adəm Məmmədov avqustun 12-də onunla görüşüb.

Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümünə çox təəssüfləndiyini bildirib və mərhumun qohumlarına və əzizlərinə başsağlığı verib. Cavid Hüseynov ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

Bu haqda AzadlıqRadiosuna vəkil Adəm Məmmədov danışıb. Vəkil bildirib ki, Cavid Hüseynov baş vermiş hadisədən sonradan xəbər tutub:

Gözlə

No media source currently available

0:00 0:06:09 0:00
Direct-ə keçid

“Cavid Hüseynov deyir ki, onu Rasim Əliyevdən daha pis tənqid və təhqir edənlər olub. O, Rasimə ona görə zəng edib ki, həmin görüntülərin yanlış anlaşıldığını bildirsin. Hətta telefon danışığı zamanı yerli olduqlarını biliblər və normal sağollaşıblar.

Rasim Əliyev də sonra yazmış olduğu həmin statusu silib. Cavidin xəbəri olmadan bibisi oğlu yenidən Rasimə zəng edib və bu zaman aralarında mübahisə düşüb.

Cavid deyir ki, həmin hadisədən yalnız sonradan xəbər tutub. Və bibisioğluna mesaj da göndərib ki, lazım deyildi bu hərəkət, "Biz özümüz danışıb, razılaşmışdıq". Cavid bu hadisədən dolayı çox üzgündür. Günahkarların ən sərt şəkildə cəzalandırılmasını istəyir”.

Adəm Məmmədov
Adəm Məmmədov

Adəm Məmmədov, özəlliklə, sosial şəbəkələrdə bu hadisənin hansısa üçüncü şəxslər tərəfindən törədilməsi ilə bağlı yayılan fikirlərə də münasibət bildirib. Vəkilin fikrincə, bu hadisə sırf məişət zəminində baş verib:

“Mən deyə bilmərəm burada hansısa bir kənar, üçüncü qüvvə olubmu.

Bu hadisədə həkim səhlənkarlığı da olub. Həkim vaxtında xəstəyə lazımi tibbi yardım göstərsəydi, bəlkə də o vəfat etməzdi.

Amma Cavidlə söhbətlərdən görünən odur ki, hadisə sırf məişət zəminində baş verib. Bu hadisədə həkim səhlənkarlığı da olub. Həkim vaxtında xəstəyə lazımi tibbi yardım göstərsəydi, bəlkə də o vəfat etməzdi”.

Rasim Əliyevi əməliyyat edən cərrah Saday Əliyev də prokurorluqda dindirilir. O özü mediaya açıqlamasında bütün lazımi tibbi müdaxilələri etdiyini bildirir.

Cavid Hüseynov avqustun 11-də həbs olunub. O, cinayəti bilib xəbər verməməkdə ittiham edilir. Hazırda Səbail rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasındadır. Avqustun 14-də Bakı Apellyasiya Məhkəməsində onun həbs qəti-imkan tədbirinin ləğv edilməsi ilə bağlı şikayətinə baxılacaq.

Avqustun 8-də ann.tv saytının əməkdaşı Rasim Əliyev bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Rasim Əliyev
Rasim Əliyev

Hadisə ilə bağlı Cavid Hüseynovdan başqa daha 5 nəfər həbs olunub. Onlardan biri də Cavid Hüseynovun bibisi oğlu 21 yaşlı Elşən İsmayılovdur.

Baş Prokurorluğun rəsmi məlumatında deyilir ki, Rasim Əliyev öz Facebook hesabında Cavid Hüseynovun jurnalistlərin suallarını cavablandırarkən etdiyi hərəkəti təndiq edib. Həmin videoda Cavid Hüseynov Kirpirli bir jurnalistin "matçtda niyə Türkiyənin bayrağını qaldırdınız" suallına əl hərəkətləri ilə cavab verdiyi görünür. Bundan sonra Cavid Hüseynov R.Əliyevə zəng edərək, onun əli ilə göstərmək istədiklərinin yalnış anlaşıldığını və əslində o Türkiyə ilə Azərbaycanın dostluğunu göstərmək istədiyini bildirib.

Jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı istintaq davam edir. Baş Prokurorluq qeyd edir ki, istintaqın gedişi və görülən işlərlə bağlı ölkə prezidentinə mütəmadi məruzə edilir.

XS
SM
MD
LG