Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 14:37

Prezident istəyir ki, seçki şəffaf olsun


Zeynal Nağdəliyev
Zeynal Nağdəliyev

-

«Ölkə başçısının tapşırığına əsasən, seçkilərdə şəffaflıq təmin edilməlidir. Cənab prezidentin istəyi bundan ibarətdir».

Trend xəbər verir ki, bunu avqustun 21-də Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Z.Nağdəliyevin sözlərinə görə, bunun üçün seçki komissiyalarına lazımi şərait yaradılıb: «O cümlədən insanların sərbəst şəkildə səs verməsi üçün şərait yaradılıb. Bununla əlaqədar əlavə zəruri tədbirlərin həyata keçirilməsinə başlanılıb».

Z.Nağdəliyev deyib ki, prezidentin tapşırığına əsasən, siyasi partiyaların hamısına bərabər şərait yaradılmalıdır: «125 dairənin hər birində açıq və qapalı yerlər var. Təşviqat günü yaxınlaşanda bu yerlər elan ediləcək».

Z.Nağdəliyev bildirib ki, seçki məntəqələrində artıq min ədəd veb-kamera quraşdırılıb. PA rəsmisinin fikrincə, növbəti seçkilərdə veb-kameraların sayını artırmaq lazımdır.

Dairə seçki komissiyaları sədrlərinin böyük təcrübəsi olduğunu deyən PA rəsmisi bununla belə onlara arxayınlaşmamağı tövsiyə edib: «Parlament seçkiləri yüksək şəffaflıq, demokratik şəraitdə keçməlidir. Bunun üçün hamı imkanı daxilində hər bir şeyi etməlidir ki, bu sınaqdan üzüağ, alnıaçıq çıxaq. Seçkilərdə xırda məsələ yoxdur. Bu sahədə toz, zərrə qədər nöqsan ölkənin imicinə xələl gətirə bilər».

Bu ilin noyabrında Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək.

XS
SM
MD
LG