Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:51

Mingəçevirdə saxlanılanlardan xəbər yoxdur


Etiraz aksiyasında saxlananlar var (video-7)
Gözlə

No media source currently available

0:00 0:02:18 0:00

Etiraz aksiyasında saxlananlar var (video-7)

-

Avqustun 22-də Mingəçevirdə Bəhruz Hacıyevin polis bölməsində ölümünə etiraz olaraq keçirilən aksiyada saxlanılanları şəhər prokurorluğuna aparıblar.

Bunu saxlanılanlardan ikisinin - İbrahim İlyasov və Azər Yusifovun qohumu olan Nizami Yusifov AzadlıqRadiosuna bildirib.

Onun dediyinə görə, üstündən iki gün ötür və hələ də hüquq-mühafizə orqanları həmin şəxslərin niyə saxlanılması haqda yaxınlarına açıqlama vermirlər: «Bizə az əvvəl dedilər ki, onları prokurorluğa aparıblar. İndiyədək polis idarəsinin zirzəmisindəydilər. Onları niyə, nəyə görə saxlayıblar demirlər. Görüşməyə də imkan yaradılmır, məlumat da verilmir. Gözləyirik».

Nizami Yusifov qohumlarının aksiyada xuliqanlıq etmədiklərini də əlavə edir: «Hər şey gözümün qabağında olub. Sadəcə, onlar ələ keçdi, tutdular».

Nizami Yusifov deyir ki, saxlanılanlardan indiyədək iki nəfərin buraxıldığı haqda məlumatı var. Onlardan birinin səhhətində problem olduğu, digərinin Qarabağ müharibəsi veteranı olduğu üçün sərbəst buraxıldığını bilir.

Mingəçevir şəhər Polis Şöbəsinin rəisi polkovnik Ələsgər Bədəlov AzadlıqRadiosuna demişdi ki, aksiyada saxlanan 21 nəfərdən 11-i elə həmin gün cərimələnərək azadlığa buraxılıb, 10 nəfərin işi araşdırılmaq üçün prokurorluğa verilib.

XS
SM
MD
LG