Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 19:50

Eldar Sabiroğlu namizədliyini niyə vermir?


Eldar Sabiro]lu arxiv fotosu
Eldar Sabiro]lu arxiv fotosu

Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi, keçmiş deputat, hakim Yeni Azərbaybaycan Partiyasının üzvü Eldar Sabiroğlu modern.az saytına açıqlamasında deputatlığa namizəd olmaq istəmədiyini söyləyib.

Səbəbini isə belə izah edib: “Yeni Azərbaycan Partiyasında şəxsi təşəbbüslə çıxış etməyin yaxşı nəticəsi olmur. Rəhbərliyin icazəsi və razılığı mütləqdir. Bunu nəzərə alaraq, namizədliyimi verməkdən imtina etdim. Çünki təşəbbüsüm özümü çətin vəziyyətə sala bilər. Bunu istəmirəm. Partiyada və yuxarı dairələrdə məni arzulamayan insanlar var. Bunu gizlətməyimin bir mənası yoxdur. Onlar mövqe sahibidirlər”.

“Həmin mövqe sahiblərinin adlarını çəkə bilərsinizmi ” sualını E.Sabiroğlu belə cavablandırıb: “Kimlərinsə adlarını çəkmək mənə xeyir gətirməz. Üstümə şığıyarlar. Bunu etiraf edirəm. Çünki təklikdə mübarizənin effekti olmur. Bəzi “sədaqət” sahibləri, xoşlamadıqları adamı ləkələməkdə ustadırlar.

Bunu çox gözəl bacarırlar. 2-3 belə “usta” özlərinə sərf edən informasiya ilə hədəf götürdükləri adamın belini elə qırırlar ki, bir də özünü düzəltməsi mümkün deyil. İndi onlar elmi də, poeziyanı da və digər sahələri də monopoliyaya alıblar. Vəzifə ailəvi alimlər yetişdirir. “Ər və arvad”, oğul və qız hamısı elmin korifeyinə dönüb.

Hələ elə “düha” var ki, ayda 3-4 kitab ortalığa qoyur. Bunu heç rəhmətlik Karl Marks da işləməyə-işləməyə edə bilməyib. Xidmət barədə isə danışmaq təhlükəlidir. Adamın gözünü çıxararlar. Xeyirlisi o ola bilərdi ki, gərək əvvəldən müxalifətdə olub, sonra iqtidar tərəfə keçəydim. Təəssüf ki, zamanında bunu düşünməmişəm.

Düşünsəydim əla olardı. Siyasi cəbhədəki münasibətlər göstərir ki, bu addımı atanlara dərin hörmət bəslənilir. Onları sadiq adam kimi tanıyıb dəyərləndirirlər. Bu şansı əldən versəm də, heyfislənmirəm”.

XS
SM
MD
LG