-
Fransada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sentyabrın 3-də Yelisey sarayında prezident François Hollande ilə görüşüb.
Məlumatı AZƏRTAC yayıb.
François Hollande Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Parisdə təşkil olunan mədəniyyət tədbirlərində iştirakına görə minnətdarlıq edib. Ölkələr arasında münasibətlərin böyük potensialının olduğunu deyən François Hollande Fransa ilə Azərbaycanın iqtisadiyyat, enerji, informasiya - kommunikasiya texnologiyaları, kosmik sənaye, kənd təsərrüfatı və digər sahələrdə uğurlu əlaqələr qurduğunu vurğulayıb.
Birinci xanım Mehriban Əliyeva Azərbaycan-Fransa əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu, münasibətlərin dərinləşdirilməsinin iki ölkənin xarici siyasətində mühüm istiqamət təşkil etdiyini vurğulayıb. Son illərdə Azərbaycanın Fransada daha yaxşı tanıdılması üçün bir çox layihələrin həyata keçirildiyini deyən Mehriban Əliyeva sentyabrın 3-də Parisdə reallaşan Azərbaycan şəhərciyinin açılış mərasiminin də bu silsilədən olduğunu bildirib.