Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:27

Bəs benzin niyə düşmür?


-

Turan İnformasiya agentliyi hər ay 30 adda ərzaqdan ibarət istehlak səbətinin qiymətini öyrənir. Bu dəfə məlum olub ki, avqust ayında pomidor 60 faiz, soğan 25 faiz, kələm 16 faiz və s. bahalanıb.

Bu məhsullar ki, xaricdən gəlmir, onların bahalanmağını manatın dollara nisbətən ucuzlaşmağı ilə izah etmək olmur. Onda bunlar niyə belə bahalanıb?

İqtisadçı Samir Əliyev deyir ki, bunlar Azərbaycanda istehsal olunmağına, Azərbaycanda olur, ancaq bir sıra komponentləri xaricdən gəlir. Məsələn, toxum, gübrə və s. Və yaxud şəkər tozu Azərbaycanda istehsal olunur. ancaq xammal - şəkər çuğunduru xaricdən gəlir.

Ona görə, manatın düşməyi bunların qiymətini qaldırır.

Bundan başqa gözlənti amili var. Manatın düşməkdə davam edəcəyini gözləyən fermer özünü qiymət artımı ilə sığortalayır.

Rusiya bazarlarına axın var. Orda isə qiymət yuxarıdır və bu, Azərbaycanda qiymətə təsir edir.

Bəs Azərbaycanda benzin niyə düşmür?

Samir Əliyevin fikrincə, benzinin qiyməti əslində aşağı olmalıdır. Çünki neftin qiyməti düşüb, aksiz vergiləri azaldılıb. Bəs benzin niyə eyni qiymətdə qalır? İqtisadçının fikrincə, benzinin qiymətinoin yuxarı olmasının səbəbi odur ki, Dövlət Neft Şirkəti neftin qiymətinin dünya bazarında düşməsindən xaricdə itirdiyini Azərbaycanda daxili bazardan çıxarır.

Gözlə
Embed

No media source currently available

0:00 0:17:07 0:00
Direct-ə keçid

XS
SM
MD
LG