Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:30

Tarixin acı zarafatı – sısqa Qız Qalası...


Qız Qalası
Qız Qalası

-

Ramin Deko (AzadlıqRadiosu üçün)

Kələ-kötür yonulmuş, yalnız gözləri və bığ-saqqalı ayırd edilə biləcək qədər qoca kişi heykəli gələnləri qalanın qarşısında salamlayır. Elə buradan abidənin nə kökə salındığını anlamaq olar.

BUNU DA GÖRDÜN, QIZ QALASI!..

Boyu 28 metrə çatan Qız Qalasının qarşısı həmişə qələbəlikdir. Yox, elə düşünməyin ki, hamı bura axışır. Sadəcə, ətrafda qədimi əşyalar satılan piştaxtalar və bahalı geyim dükanları var. Sadəcə, xarici şirkət ofislərinin yolu qalanın önündən keçir. İzdiham da buna görədir. Sadəcə, hər gün yerə döşənmiş bahalı mərmər daşlara ayaq basıb, onu«hamarlayan» adamlar Qız Qalasının önündən keçəndə, istər-istəməz, bu qalanı aşağıdan-yuxarı süzməli olurlar...

Buna da bax: Botanika Bağının ərazisi belə yanır- [video]

Nikelli tutacaqlar.
Nikelli tutacaqlar.

Bu qədim tikili 20-30 il öncə daha əzəmətli və ucaboy görünürdü. İndi elə hala düşüb ki, 28 metr hündürlükdə olan qala 10 yaşlı uşağın bir qarışı - 28 sm boyda görünür...Adamın ağlından qanqaraldıcı sözlər keçir: «Möhtəşəm qala necə cılızlaşıb!..».

Neft tapılmazdan hələ yüzillər öncə Xəzər bu qalanın «ayaqlarını» yuyurdu. Sonra Xəzər geri çəkildi. «Ayaqları», ara-sıra, intihar edənlərin qanı «yudu». Özündən, ailəsindən, cəmiyyətdən küsənlər Qız Qalasının təpəsindən özünü aşağı yuvarladaraq öldü...

...İndi yuxarı qata asayiş keşikçiləri göz qoyur. O qat həm də intiharları önləmək üçün şüşələnib. Hə, qala gör nə üçün tikilmişdi və indi gör nədən qorunur?!.

Buna da bax: Emin: "Leyla ilə ayrıldıqdan sonra..."

Bağlıdır eşqin qapısı üzümüzə.
Bağlıdır eşqin qapısı üzümüzə.

«TARİX» CIZAN MƏHƏBBƏT OVÇULARI...

«Cılızlaşmaq» sözü qalanın içərisinə keçincə, sanki nəqərata çevrilir. Ensiz nəfəsliklər qapanıb. Plastik pəncərələr onları örtüb. Əvvəllər bura girəndə küləyin vıyıltısı bir qulağından keçib o birindən çıxırdı. İndi havanın önü kəsilib, əvəzində kondisioner işləyir. İllər öncə pilləkənləri əyri, çıxıntılı daşların köməyi ilə adlayırdınsa, indi nikelli tutacaqlar quraşdırılıb. Çıxıntılar yonulub, şüşə kimi şəffaf hala salınıb. Vaxtilə hər mərtəbədə sanki sirli bir qaraltıya şahidlik edirdinsə, indi trayektoriyası əllə dəyişdirilən işıq effektləri göz qamaşdırır. Plastik qapı-pəncərələr elə kilidlənib ki, nəmişlik burun pərlərini də deşir. İçəridə havanı hiss etmək müşküldür, istanbullular demiş, aşk kokusu var. Bunu divarlara oyulmuş əyri-üyrü hərflərdən də duyursan. «A»nın «B»yə məhəbbəti təkcə mismarla daşlara yazılmayıb, hətta siqaret külüylə də xətlənərək, tarixə düşüb. Bu cızma-qaraları adını tarixə yazmaq istəyənlərin uğursuz cəhdi də saymaq olar...

Buna da bax: Piştaxtada 5, kassada 7 manata olan ərzaq...

Daşları işıqlandıran işıq effekti.
Daşları işıqlandıran işıq effekti.

ÜZÜNÜ GÖRMƏDİYİN ADAMLAR...

Turistlər üçün qalanın hansı kökə salındığının heç bir önəmi yoxdur. Onlar ekranlarda yazılmış sözləri oxuyaraq lap başa qalxırlar. Başda isə...

...Başda çirklənmiş Xəzəri, birdə damı çanaq antenlərlə «ləkələnmiş» köhnə binaları görürsən. Burada küləyin vıyıltısını da eşidib-görürsən, sürətlə şütüyən, mənzil başına erkən çatmaq üçün qarşısındakından yol istəyən sürücülərin əsəbi siqnallarını da... Səslər o qədər ürküdücü və qulaqbatırıcıdır ki, 28 metr hündürlükdən üzünü görmədiyin adamların hansı görkəmdə nələr etdiyini dəqiq anlayırsan...

***

Yuxarı qatdan boylananda qalanın saysız-hesabsız maketləri nə qədər kiçik görünürsə, aşağıdan da bu abidə eləcə sısqa görünür. Yaxındakı göydələnlər həm iri, həm də ucaboydur. Hətta başıqarlı yapma dağ təsiri bağışlayırlar... Vur-tut, iynə ucu boyda memar ruhu daşısa da...

Qız Qalası indi bir zarafata bənzəyir - Tarixin bizlərlə acı zarafatına...

XS
SM
MD
LG