-
41 yaşlı Bakı sakini intihar edib.
Hadisə Maştağa qəsəbəsində baş verib.
Xəbəri Sabunçu Rayon Prokurorluğuna istinadən apa yayıb.
Bildirilir ki, Maştağa sakini, 1974-cü il təvəllüdlü İmran Bağırov yaşadığı evdə özünü asıb.
Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Bu bir neçə gün içərisində Maştağada qeydə alınan 3-cü intihar hadisəsidir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.