►Nazirlik səbəbini açıladı: "Əsas diqqətimizi..."
Beynəlxalq Olimpiya Komitəsi 2024-cü il yay olimpiya oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq 5 ölkənin adını açıqlayıb.
Bunlar Budapeşt, Hamburq, Los-Anceles, Paris və Romadır.
Komitənin prezidenti Thomas Bach sentyabrın 16-da bildirib ki, qalib 2017-ci ilin sentyabrında bəlli olacaq.
O jurnalistlərə bildirib ki, həqiqətən də 5 yüksək dərəcəli namizəd şəhər görürük. 2024-cü il müsabiqəsi güclü və füsunkar olacaq.
Ev sahibliyi üçün ərizə qəbulu sentyabrın 15-də sona yetib.
Ev sahibliyi uğrunda mübarizəni Bakı ilə Toronto da nəzərdən keçirirdilər, amma sonda bu fikirdən daşındılar.
Bunlara da bax: Xanım müxbirləri "Bandotdel"ə apardılar
Apteklərdə qıtlıq yaranıb- [Fotolar]
RƏSMİ REAKSİYA
Gənclər və İdman Nazirliyi Bakının 2024-cü il Olimpiya Oyunlarının keçirilməsinə namizədliyinin irəli sürülməməsinə münasibət bilidirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Oxu.Az-a bildirb ki, Bakının 2024-cü il Olimpiadasına namizədlikdən imtina etməsinə səbəb qarşıdan gələn digər irimiqyaslı yarışlara hazırlıqla əlaqədardır.
“Biz namizədliyimizi vermədik. Çünki qarşıda İslam Həmrəylik Oyunları - 2017, “Formula 1” yarışı və Şahmat Olimpidası var. Eyni zamanda 2016-cı ildə Rio De Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlaşırıq. 2024-cü il Olimpiya Oyunları həddən artıq diqqət və konsentrasiya tələb edir”.
Buna da bax: Mingəçevirdə yenidən etiraz aksiyası
Onu da qeyd edək ki, dünya bazarlarında neftin ucuzlaşması Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.