Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:31

Ziya Məmmədovdan dəmiryolu da alındı


Ziya Məmmədov
Ziya Məmmədov

►Azərbaycan Dəmir Yolları" QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb.

Prezidenti İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” prezidentinin 2009-cu il 20 iyul tarixli sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə fərman imzalayıb.

Nazirlər Kabinetinə cəmiyyətin Nizamnaməsi və strukturunun təsdiqi, nizamnamə kapitalı, inkişaf istiqamətlərinin müəyyən edilməsi, cəmiyyətin illik hesabatları, mühasibat balansları, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi tapşırılıb.

Buna da bax: Martirosyan: «Şuşada referendum olsa...»

Nazirlər Kabinetinə o da tapşırılıb ki, “Dəmir yolu nəqliyyatı haqqında” Qanunun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Bundan qabaq taksi lisenziyalarının verilməsi də Nəqliyyat Nazirliyindən alınıb Asan Xidmətə verilmişdir.

XS
SM
MD
LG