Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:06

Polşada azərbaycanlı məhbusları müdafiə aksiyası- [Fotolar]


Sentyabrın 21-də Varşavada ATƏT-in insan ölçüsü üzrə 2015 konfransı açılıb.

Bu, insan hüquqları və demokratiya məsələlərinə həsr olunan illik böyük konfransdır. Tədbiri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu keçirir.

Bu 57 ATƏT ölkəsi və qurumları, tərəfdaşlar və vətəndaş cəmiyyəti təşkilatları üçün platformadır.

Platformada insan ölçüsü məsələləri ilə bağlı razılaşmaların həyata keçirilməsi və bu sahədə problemlər müzakirə edilir, təcrübə mübadiləsi aparılır və tövsiyələr verilir.

İclasın əvvəlində xarici iştirakçılardan ibarət qrup Azərbaycanda həbsdə olan hüquq müdafiəçiləri və jurnalistlərin fotoları olan maykalar geyinərək Azərbaycan nümayəndə heyətinin qarşısına çıxıb.

Qeyri hökumət təşkilatı olan “Vətəndaş Həmrəyliyi Platforması”-nın fəalları aksiya zamanı Azərbaycanda həbsdə olan 60-a yaxın fəal və jurnalistin azad olunmasını tələb ediblər.

Onlar Azərbaycan nümayəndə heyətinin təmsilçisi və ATƏT sədri və Serbiyanın xarici işlər naziri İvica Dacic çıxış edərəkən ayağa qalxıblar.

Helsinki Komitəsinin Serbiya üzrə icraçı direktoru İzabela Kisic AzadlıqRadiisuna həmçinin“Vətəndaş Həmrəyliyi Platforması”-nın bir çox üzvlərinin Azərbaycan hakimiyyəti tərəfindən həbsə atıldıqlarını bildirib: ”Biz öz işinə görə saxta ittihamlar və siyasi motivli məhkəmələrlə həbsə atılan insan haqları müdafiəçiləri və jurnalistlərin azad olunmasını tələb edirik.Biz həmçinin bir çox aparıcı təşkilat və kütləvi informasiya vasitəsinin bağlandığı Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı təzyiqlərin təcili dayandırılmasını tələb edirik.Bu ATƏT-in öhtəliklərinin pozulması deməkdir”deyə o bildirib.

XS
SM
MD
LG