►140 min əhalisi olan Sabirabadda və 120 min əhalisi olan Ağcabədidə cəmi 1 nəfər ipoteka krediti alıb.
Azərbaycan İpoteka Fondunun (AİF) rəqəmlərini araşdırarkən məlum olur ki, bölgələrdə yaşayan əhali ipoteka üzü görməyib.
İndiyədək təqdim edilən 17 min 79 ipoteka kreditinin 11 min 679-u paytaxtın, 1563-ü Sumqayıtın, 773-ü Abşeron və Xırdalanın, 599-u Gəncənin, 142-si Naxçıvanın payına düşüb. Mingəçevir 65, Lənkəran isə 35 ipoteka kreditindən faydalana bilib. Son 9 ildə yerdə qalan rayonlar bütövlükdə heç 10 ipoteka kreditindən yararlanmayıb. Məsələn, 140 min əhalisi olan Sabirabadda və 120 min əhalisi olan Ağcabədidə cəmi 1 nəfər ipoteka krediti alıb.
İqtisadçı ekspert Rəşad Həsənov da deyir ki, ölkə üzrə fond vəsaitləri ilə verilən ipotekanın 82 faizi məhz paytaxt Bakı, Sumqayıt şəhəri və Abşeron rayonunun payına düşür:
“Bu illər ərzində digər regionlara cəmi 18% (3 min 64) ipoteka krediti verilib. Bunun da böyük bir qismi şəhərlərin payına düşür. Başqa sözlə, region insanının ipoteka kreditindən faktik yararlanma imkanı məhduddur. Bunun müxtəlif səbəbləri var: bölgələrdə əhalinin gəlirləri daha azdır, əmlak bazarı passivdir (xüsusən kəndlərdə), ipoteka məqsədi ilə ayrılan vəsait yetərli deyil. Həmin səbəblər banklara bölgələrdəki ipoteka fəaliyyətini genişləndirməyə əngəl törədir. Qanunvericiliyə görə, müştərilərin müəyyənləşdirilməsi müvəkkil bankların (AİF-nin vəsaitlərindən istifadə hüququ olan bankların) səlahiyyətindədir. Belə olduğu təqdirdə isə banklar daha çox yüksək gəlirli kateqoriyadan olan müştərilərlə işləməyə üstünlük verir. Bu günədək ipoteka krediti götürənlərin 90 faizi aylıq gəliri 500 manatı aşan vətəndaşlardır. Müraciətlərin çoxluğu və bu məqsədlə ayrılan vəsaitin yetərsizliyi də bankların regionlardakı fəaliyyətini məhdudlaşdırır.”
Buna da bax: Neft Fondu $432 milyona Yaponiyada bina aldı
Regionlara ayrıca ipoteka
Ekspert İpoteka Fonduna vəsait ayırarkın, regionlara veriləcək kredit həcminin öncədən müəyyənləşdirilməsini təklif edir:
“Hökumət... bu istiqamətdə ayrılan vəsaitlərin həcmini artırmalıdır. Çünki regionlardakı mənzil problemi, bütün mümkün problemlərlə yanaşı, urbanizasiyanı – şəhərləşməni də tətikləyən əsas səbəblərdəndir”.
İpoteka kreditlərinin regionlar üzrə pay bölgüsü, ədədlə (2015-ci ilin 2-ci rübü)
Cəmi | 17079 |
Bakı | 11679 |
Sumqayıt | 1563 |
Abşeron/Xırdalan | 773 |
Gəncə | 599 |
Naxçıvan | 142 |
Mingəçevir | 65 |
Lənkəran | 35 |
Şirvan | 27 |
Göygöl | 23 |
Xaçmaz | 23 |
Cəlilabad | 22 |
Şəmkir | 20 |
Yevlax | 16 |
Quba | 15 |
Bərdə | 14 |
Qazax | 11 |
Şəki | 11 |
Göyçay | 9 |
Naftalan | 9 |
İmişli | 8 |
Samux | 7 |
Qax | 6 |
Siyəzən | 6 |
İsmayıllı | 5 |
Biləsuvar | 5 |
Şamaxı | 5 |
Zaqatala | 5 |
Daşkəsən | 4 |
Neftçala | 4 |
Tovuz | 4 |
Ağdaş | |
Beyləqan | 3 |
Ağstafa | 3 |
Salyan | 3 |
Dəvəçı | 2 |
Goranboy | 2 |
Tərtər | 2 |
Astara | 2 |
Yardımlı | 2 |
Qəbələ | 2 |
Gədəbəy | 2 |
Şərur | 1 |
Ağsu | 1 |
Ucar | 1 |
Oğuz | 1 |
Sabirabad | 1 |
Balakən | 1 |
Ağcəbədi | 1 |
Xanlar | 1 |