Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:03

«2500 manat»lıq hökm qüvvədə qaldı


Elman Həsənov (Türkoglu) (Bayraqdar) (arxiv fotosu)
Elman Həsənov (Türkoglu) (Bayraqdar) (arxiv fotosu)

-

Sentyabrın 29-da Appelyasiya Məhkəməsində Elman Bayraqdarın (Həsənovun) araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı iddiası əsasında Binəqədi rayon məhkəməsinin fevralın 23-də verdiyi hökmdən şikayətə baxılıb. Məhkəmə şikayəti təmin etməyib. Bu haqda AzadlıqRadiosu-na Xədicə İsmayılın vəkili Yalçın İmanov məlumat verib.

Vəkil Yalçın İmanov (arxiv fotosu)
Vəkil Yalçın İmanov (arxiv fotosu)

Vəkillər məhkəmə istintaqı aparılması haqda vəsadət qaldırsalar da, hakim rədd cavabı verib.

Daha sonra dəlillərlə bağlı çıxışlar olub. Yalçın İmanov deyir ki, müdafiə tərəfi Binəqədi rayon məhkəməsinin çıxardığı hökmün tam əsassız, qanunsuz olduğunu önə çəkib.

«Elman Həsənov deyir ki, Xədicə İsmayıl onun haqqında iki mətn yayıb. Halbuki bir mətn yayılıb, o da 2014-cü il fevralın 17-də yayılıb. Həmin mətndə şəxsin adı, atasının adı, soyadı silinməklə yayılmışdı. O da Elman Həsənova aid olmayan mətndir. Elman Həsənovun MTN-lə əməkdaşlıq etməsi və zorlanmayla bağlı məlumatsa facebook sosial şəbəkəsində başqa bir şəxs tərəfindən yayılıb. Bunun Xədicə İsmayılla əlaqəsi yoxdur», - vəkil söyləyir.

Buna da bax: Qalmaqal Audi-yə də çatdı

Yalçın İmanovun sözlərinə görə, dəlillər ortada olsa da, şikayət təmin olunmayıb. Binəqədi rayon məhkəməsinin jurnalistin 2500 manat cərimə olunması haqdqa qərar qüvvədə saxlanılıb.

Müdafiə tərəfi növbəti addım olaraq Ali Məhkəməyə kassasiya şikayəti vercək.

Azerbaijan -- Elmira Ismayilova, mother of detained journalist Khadija Ismayil - 15Mar2015
Azerbaijan -- Elmira Ismayilova, mother of detained journalist Khadija Ismayil - 15Mar2015

Jurnalistin anası Elmira İsmayılova isə bu qərarın gözlənilən olduğunu deyir: «Başqa heç nə gözləmirdik».

Sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyeva jurnalist Xədicə İsmayılın 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunması barədə hökm çıxarıb.

AzadlıqRadiosu-nun əməkdaşı, araşdırmaçı-jurnalist, radionun Bakı bürosunun keçmiş rəhbəri Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs edilib.

Buna da bax: Rəsulzadənin iki məktubu tapıldı

O, əvvəlcə Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaqda ittiham olunub. Hakimin qərarına görə, jurnalistə qarşı həmin ittiham ləğv edilib.

Amma hakim ona qarşı irəli sürülən digər ittihamları - Bakı bürosunun rəhbəri vəzifəsində çalışdığı müddətdə vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma, mənimsəmə kimi ittihamları haqlı bilib.

Jurnalist özü bütün ittihamları əsassız sayır, hakim ailənin biznes fəaliyyəti barədə araşdırmalarına görə cəzalandırıldığını bildirirlər.

XS
SM
MD
LG