AzadliqLive - 5 oktyabr - Suriyada baş verənlərin Azərbaycana aidiyyatı varmı? Müəllimlər günü necə qeyd olunub? Bu və digər mövzular haqda danışmışıq
Güclü yağış Bakını bu hala saldı- [fotolar]
Oktyabrın 5-də Bakıya güclü yağış yağıb. Şəhərin bəzi küçələri yağış suyunun altında qalıb. AzadlıqRadiosu yağışdan çəkilmiş fotoları təqdim edir.
Fotoları AzadlıqRadiosunun oxucuları göndəriblər.
Siz də çəkdiyiniz fotoları AzadlıqRadiosuna göndərə bilərsiz.
Whatsapp nömrəmiz: (+420) 778 711 700 (Mərkəzi Praqa ofisimiz)
"Üzən" manat
Manatın məzənnəsinin sərbəst buraxılıb-buraxılmaması mövzusu gündəmdən düşmür. Bu dəfə maliyyə naziri Samir Şərifov ANS-ə müsahibəsində həmin mövzuya toxunaraq, «üzən məzənnə» rejiminə keçiddən danışıb. Nazir deyib: «Bəzi dövlətlər artıq «üzən məzənnə»yə keçiblər. Qazaxıstan bunu elan edib. Bu gün bu məsələyə cavab vermək bir az tez olar. Amma mənim fikrimcə, hal-hazırda Mərkəzi Bank bu istiqamətdə müvafiq iş aparır. Hesab edirəm ki, optimal bir variant tapılıb və tətbiq olunacaq».
İşsizlər Milli Məclisdə iş axtarır
Bəzi şəxslər Milli Məclisə həm də iş yeri kimi baxır. 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə qeydə alınanlardan 3-ü, 79 saylı İmişli Seçki Dairəsindən isə 4-ü işsizdir, sonuncuda daha 2 nəfər isə əməkhaqqı ödənilməyən ictimai vəzifə daşıyır.