AMIP sədri istefa verdi
Oktyabrın 7-də Milli İstiqlal Partiyasının sədri (AMİP) Yusif Bağırzadə istefa verib. Bu haqda AzadlıqRadiosuna partiyadan məlumat verilib. Y.Bağırzadənin istefası səhhətində yaranmış problemlərlə əlaqələndirilir.
Nuşirəvan Məhərrəmli: "ANS efirində ən ədəbsiz ifadələr işlədən televiziyadır"
"ANS kanalı Azərbaycan efirində ilk pornoqrafik film yayan, ən aşağı səviyyəli qara yumoristik səhnəcikləri göstərən, efirində ən ədəbsiz ifadələr işlədilən, cinsi azlıqların həyat tərzini adi bir hal kimi təqdim edən bir televiziya kanalıdır və bu onun sifətidir." - Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin APA-ya müsahibəsində belə deyir
APA soruşub ki, " MTRŞ-nin şəbə müdiri Təvəkkül Dadaşov birinci iclasdan sonra qeyd etdi ki, Mirşahin Ağayev Şurada muma, çölə çıxanda isə aslana dönür".
N.Məhərrəmli: Mirşahin Şuranın sonuncu iclasında da dedi ki, mən lazım olanda muma dönürəm, lazım olanda aslana dönürəm. Bu onun öz sözüdür.
ANS MTRŞ-ni məhkəməyə verdi
ANS Teleradio Şirkəti Milli Televiziya və Radio Şurasını (MTRŞ) məhkəməyə verib.
APA-nın məlumatına görə, şirkət MTRŞ tərəfindən verilən qərarların qanunsuz hesab edilməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmənin birinci iclası oktyabrın 9-na təyin edilib. İşə hakim Müseyib Bayramovun sədrliyi ilə baxılacaq.
İTV-də ən bahalı ödənişli çıxışın qiyməti – 1 saniyəsi 50 manat
İctimai Televiziya ödənişli seçkiqabağı təşviqat aparılması üçün İctimai Televiziya və Radionun qiymət cədvəlini açıqlayıb. Çıxışların 1 saniyəsi həftənin müxtəlif günlərdə müxtəlif saatlar üçün 20, 22, 24, 30,35,50 manat arasında dəyişir.
Ən ucuz çıxış həftənin 1-6-cı günlərində, saat 11:50-dəki çıxışdır. Saniyəsi 20 manat. Ən bahalı vaxt yenə 1-6-cı günlərdə saat 20:20-dəki çıxışdır. Saniyəsi 50 manat.
İctimai Radioda isə qiymət hər saniyəyə görə 7-25 manat arasında dəyişir.