► Ermənistan parlamenti ölkə konstitusiyasına düzəliş edilməsi və bu sahədə islahatlar aparılması ilə bağlı ölkədə referendum keçirilməsinə səs verib.
103 deputat layihənin lehinə, 10 nəfər əleyhinə səs verib, 3 nəfər isə bitərəf qalıb.
Layihədə ölkədə Parlament üsul-darəsi tədbiq edilməsi nəzərdə tutulur.
Belə ki, prezidentin səlahiyyətləri parlamentə veriləcək,dövlət başçısını isə xalq yox parlament seçəcək.
Bundan başqa prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılacaq.
Buna da bax: ANS-i külli miqdarda cərimələdilər
2018-ci ildə 2-ci müddəti başa çatan prezident Serz Sargisyanın referendumun vaxtını təyin edəcəyi gözlənilir.
Buna qarşı çıxan yüzlərlə müxalifət qüvvəsi bir neçə gün idi ki, parlament binasının qarşısında etiraz aksiyası keçirirdilər. Oktyabrın 5-də polis aksiyanı dağıdıb. Bir neçə nəfəri saxlayıb.
Aksiyaçılar hesab edirlər ki, artıq 2 dəfə prezident seçilmiş və yenidən seçilməsi konstitusiya ilə qadağan edilən S.Sagisyan hakimiyyətdə qalmaq üçün bu dəyişikliyə gedir.
Oktyabrın 5-də keçirilmiş aksiyadan fotolar