- Rusiyanın nüfuzlu "Rus bukeri" mükafatının qısa siyahısı açıqlanıb.
Siyahıda 6 roman yer almaqdadır. Onlardan biri dağıstanlı Alisa Qəniyevanın Qafqaz həyatından bəhs edən "Bəy və gəlin" romanıdır.
Alisa Qəniyeva 1985-ci ildə Dağıstanda doğulub, Moskvada yaşayır. M.Qorki adına Ədəbiyyat İnstitutunun məzunu, "Nezavisimaya gazeta"nın "ExLibris" ədəbiyyat əlavəsinin redaktorudur. Rusiyanın onlarca kitab müsabiqəsinin qalibi olub.
"Dağıstanda gənclərin yaşlı nəsildən daha mühafizəkar olması" haqda müsahibələr verib.
"Rus bukeri"nin qısa siyahısına düşmüş "Bəy və gəlin" romanı bu il dərc olunub. Roman Dağıstandakı həyatdan bəhs edir.