Bazar ertəsi açıqlanmış 40 dəqiqləlik mesajı ilə İslam Dövləti adlanan təşkilatın sözçüsü Abu-Muhammad al-Adnani bütün müsəlmanları ABŞ və Rusiyaya qarşı cihada qoşulmağa çağırıb.
Elə həmin gün Suriyada əl-Qaedanın qolu sayılan Nüsra Cəbhəsi Rusiyanın münaqişəyə müdaxiləsini “yeni səlib yürüşü” adlandırıb.
Abu Mohammad al-Golani bütün qrupları raket zərbələrinə qarşı birliyə səsləyib.
O həmçinin Rusiya Qafqazındakı müsəlmanları mülkilər üzərinə basqınlara çağırıb.