Prezident İlham Əliyev 12 illik hakimiyyəti dövründə 2 dəfə Milli Təhlükəsizlik nazirini, 2 dəfə İqtisadi İnkişaf nazirini, 2 dəfə də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirini dəyişib.
İlham Əliyevin hazırkı komandasında 40 nəfər yüksək vəzifəli şəxsdən 21 nəfəri atasının - keçmiş prezident Heydər Əliyevin komandasının üzvləridir. O, hakimiyyətdə olduğu 12 ildə ali vəzifəlilərdən cəmi 12 nəfərini dəyişə bilib. Onların da bir çoxu özü hakimiyyətə dəvət etdiyi şəxslərdir.