-
«AMAY» ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev barəsində olan hökmdən apellyasiya şikayətinə dair məhkəmə prosesi oktyabrın 30-da başlayacaq.
Bu barədə Bakı Apellyasiya Məhkəməsinin saytında məlumat yayılıb.
Şikayətə hakim Əflatun Qasımovun sədrliyi ilə baxılacaq.
A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. O,Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə A.Abdullayev 13 il azadlıqdan məhrum edilib.