Trükiyə rəsmiləri bildiriblər ki, ölkənin cənub-şərqində “polis və İŞİD üzvləri olmaqda şübhəli bilinənlər arasında baş vermis atışmada” 2 polis və 7 şübhəli öldürülüb.
Atışma polis Diyarbakırda bir neçə evə sübh çağı reydlər keçirərkən baş verib.
Xəbərlərdə deyilir ki, kürdlərin yaşadığı Diyarbakırda toqquşmalar davam edir.
Türkiyə rəsmiləri oktyabrın 10-da Ankarada keçirilən yürüş zamanı törədilmiş partlayışın İslam Dövləti adlandırılan təşkilatın işi olduğundan şübhələnirlər.
Baş nazir Ahmet Davutoğlu bildirib ki, bu basqın noyabrın 1-də keçiriləcək parlament seçkilərini təsirləndirmək məqsədilə törədilib.