-
Bakının qadınlardan ibarət «Azəryol» komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarında səfərdə ilk oyununu keçirib.
Yarışa 1/16 final mərhələsindən qoşulan «Azəryol» Rumıniyada yerli «Tarqovitse» komandasına 3:0 hesabı ilə məğlub olub.
Komandalar arasında cavab görüşü noyabrın 4-də Bakıda keçiriləcək.