Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:29

Azərbaycanda parlament seçkiləri [dəqiqəbədəqiqə]

Noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçirilib. Rəsmi məlumata görə, Milli Məclisdə 125 yer uğrunda 767 namizəd mübarizə aparır.

Təşviqat kampaniyasına 1200-dən çox namizəd qoşulsa da, daha sonra onların bəziləri, o cümlədən Müsavat Partiyası üzvlərinin böyük əksəriyyəti seçkiyə qatılmaqdan imtina edib.

Müxalif Milli Şura daha öncədən seçkini boykot edərək, nəticələri tanımayacağını bildirib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda budəfəki seçkiləri müşahidə etməyəcəyini açıqlayıb.

Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətnin aşağısıdakı göy rəngli «davamı» düyməsini basmaqla, bloqu vərəqləmək, əvvəlki postlarla tanış olmaq da mümkündür.

14:19 2.11.2015
Pənah Hüseyn.
Pənah Hüseyn.
Pənah Hüseyn: «Bu şikayəti təşkil edənlərə ayıb olsun ki...»

Polisə çağırılmağı ilə bağlı AzadlıqRadiosuna danışan namizəd ondan və ailə üzvlərindən şikayət olunduğunu bildirib. Ətraflı burada

14:17 2.11.2015
Məzahir Pənahov.
Məzahir Pənahov.
«MSK məqsədinə çatmış hesab oluna bilər»

«Bu gün Mərkəzi Seçki Komissiyasına bir şikayət daxil olub və bu şikayət araşdırılacaq».

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O bildirib ki, 3 gün ərzində daxil olan şikayətlər araşdırılacaq: «Əgər şikayətlər əsaslı olarsa, məntəqələrdə seçkinin nəticələri ləğv ediləcək. Ləğv edilən seçki məntəqələrinin sayı kifayət qədər olduqda, seçki dairəsinin nəticələri ləğv olunacaq. Ancaq bununla demək istəmirəm ki, belə hal gözlənilir. Biz aşağı seçki komissiyalarının fəaliyyətindən ümumilikdə razıyıq, əməyimizin nəticəsini görürük».

MSK sədri qeyd edib ki, Azərbaycan xalqı seçkilərdə kifayət qədər yetkinlik, müdriklik nümayiş etdirir, populist davranışları qəbul etmir: «Ona görə də Azərbaycanın gələcəyi üçün optimist olmamağa əsas yoxdur. Xalqın münasibəti bizim üçün ən ali qiymətdir, hər şeyin fövqündə dayanır. Azərbaycan xalqı keçirilən seçkilərdən razıdırsa, MSK məqsədinə çatmış hesab oluna bilər».

13:14 2.11.2015

Azadlıq Radiosunun noyabrın 1-i seçkiyə həsr olunan proqramı

Gözlə

No media source currently available

0:00 0:59:59 0:00
Direct-ə keçid

12:08 2.11.2015

Arif Hacılı: «Xalqın qul olmadığını bilirəm»

Müsavat Partiyasının başqanı Arif Hacılı özünün «facebook» səhifəsində Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun seçkilərlə bağlı fikirlərinə münasibət bildirib.

Müsavat Partiyası seçkilərə bir neçə gün qalmış onun boykot edilməsi ilə bağlı qərar verib. Ancaq MSK bunun seçici bülletenlərinin çapından sonra seçicilərdə çaşqınlıq yaradacağını səbəb göstərərək bu partiyadan olan namizədlərin adlarınıbülletenlərindən çıxarmamışdı.

Davamı

XS
SM
MD
LG