252 nəfərin bu gün 18 yaşı tamam olur və ilk dəfə səs verir
Bu gün Azərbaycanda 252 nəfərin 18 yaşı tamam olur və onlar ilk dəfə səsvermə prosesində iştirak edirlər.
O cümlədən prezidentin oğlu Heydər Əliyev bu gün ilk dəfə səs verib
«10 manat verdilər»
Müsavat Partiyası başqanının müavini Elman Fəttah öz «facebook» səhifəsində bir işarələnmiş bülleten paylaşıb.
Seçicilər üçün sürücülük edirlər
İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən 80 saylı İmişli-Beyləqan seçki dairəsinin 1 və 2 saylı seçki məntəqələrinə seçiciləri yerli icra və bələdiyyə qulluqçuları öz avtomobilləri ilə gətirir. Burada hər kəsin əlində bir siyahı var. Onlara yaxınlaşıb bunun səbəbini soruşmaq istəyəndə isə, sualları eşitməzliyə vururlar.
Əhali seldən səsverməyə gedə bilmir
«Su bəndini bağlayıblar. Sular həyətlərimizə dolub. Yerli icra orqanların bu barədə xəbərləri var, çıxış yolunu da göstərmişik. Hələ ki, heç nə yoxdur. Nə səsvermə, onun hayında deyilik». Ətraflı burada