Əli Həsənov: «İstəyirik ki, xalqımızın iradəsini görsünlər»
«ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycana gəlməməsinin ölkəmizdə seçkilərin demokratikliyi və ya qeyri-demokratikliyinə heç bir bağlılığı yoxdur». Ətraflı burada
Məntəqədən qovulub
Müşahidəçi Orxan İsmayılov 21 saylı Nəsimi birinci seçki dairəsinin 11 saylı məntəqəsindən çıxarılıb.
Bu haqda AzadlıqRadiosuna Orxan İsmayılov özü məlumat verib:
«Seçkidə bir neçə nəfəri tutduq. Biri Maştağada, digəri tamam başqa yerdə qeydiyyatda ola-ola gəlib Nəsimi rayonunda səs verirdi. Biz müşahidəçilər bunu görəndə tez qarşısını aldıq. Bizə dedilər ki, keçin arxada dayanın. Dedik, qarşıda baş verənləri görmürük. Mən pozuntuları yoxlamaq üçün qarşıya keçdim. Bundan sonra məni çıxartdılar».
Dairə seçki komissiyasından AzadlıqRadiosuna bildiriblər ki, müşahidəçilər seçkinin gedişini öz yerlərindən izləyə bilərlər. Qaydaları pozanlar məntəqədən çıxarılmalıdır.
Əli Həsənov: «İstəyirik ki, xalqımızın iradəsini görsünlər» #vote https://t.co/m7y7RS6PJG via @radioazadliq
— AzadliqRadiosu (@RadioAzadliq) 1.11.2015
Məhkumlar səs verirlər
«Cəzaçəkmə müəssisələrində keçirilən səsvermədə hər hansı qanun pozuntusu aşkarlanmayıb». Bunu APA-ya Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) rəhbəri Rəşid Rumzadə deyib.
O bildirib ki, həbsxanalarda səsvermə tam normal qaydada davam edir.
MPQ-nun rəhbəri qeyd edib ki, Ombudsman Aparatının əməkdaşları cəzaçəkmə müəssisələrindəki səsvermə ilə bağlı vaxtaşırı məlumat verirlər: «Bütün cəzaçəkmə müəssisələrində məhkumlar tam sərbəst şəkildə müvəqqəti seçki məntəqələrinə yaxınlaşaraq öz səslərini verirlər. Səsvermə prosesi normal şəkildə davam edir».