- Seçkilər haqda aforizmlər
İnsanlar ovdan sonra, müharibə vaxtı və seçkilərdən əvvəl yalan danışdıqları qədər heç vaxt yalan danışmırlar.
Otto von Bismarck
Seçkilər nəyisə dəyişdirsəydi, onu qeyri-qanuni elan edərdilər.
Emma Goldman
Pis dövlət rəsmilərini yaxşı adamlar seçirlər - səs verməyən yaxşı adamlar.
George Nathan
Seçkilərdə demokratik şəkildə iştirak edən bu insanların sonradan xalqın iradəsini niyə demokratik şəkildə qəbul edə bilməməsini anlamaq çətindir.
Jose Saramago
Mənim siyasətə qoşulmaq istəyim yox idi, ictimai xadim deyildim, ad günlərimi dostlarımla, ailəmlə keçirirdim. Amma 2008-ci il seçkiləri saxta keçdi, odur ki, mən müxalifəti daha güclü etmək üçün maliyyələşdirmək qərarına gəldim.
Bidzina İvanishvili
İctimaiyyətin maliyyələşdirdiyi seçkilər keçirilməsə, demokratiya alınmayacaq.
Noam Chomsky
Seçkilər vacib məsələdir, seçkilərin faydası var, amma onun faydası seçkilərin nə qədər azad və ədalətli keçirilməsindən asılıdır.
Elliott Abrams
Siyasətçi növbəti seçkiləri düşünür. Dövlət adamı isə növbəti nəsli.
James Freeman Clarke
Səs verənlər yox, səsləri sayanlar hər şeyi həll edir.
İosif Stalin
Azad seçkilərin pis tərəfi odur ki, kimin seçiləcəyini bilmirsən.
Leonid Brejnev
Seçkilər nikah kimi bir şeydir. Heç kəs zövqünə görə məsuliyyət daşımır. Bəzən küçədə bir cütlük görəndə öz-özümüzə deyirik, bu qadın bu idbarı necə seçib, görəsən. Deputatlar da eləcə.
Will Rogers
Seçkilər oğurlanan mallar üçün qabaqcadan keçirilən auksiondan başqa bir şey deyil.
Ambrose Bierce
Ən az şey söz verən namizədə səs ver. O, səni daha az məyus edəcək.
Bernard Baruch