-
Milli Məclisə seçkilərdə rəqibinə uduzan keçmiş deputat İlyas İsmayılov modern.az saytına açıqlama verib.
106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsində ilkin nəticəyə görə, bitərəf namizəd Ülviyyə Ağayeva 61.2% səs toplayıb. Hazırkı deputat, Ədalət Partiyasının sədri İlyas İsmayılov isə ondan xeyli geri qalır.
İlyas İsmayılov deyib ki, hakimiyyətin göstərişi ilə heç kimin tanımadığı bir şəxs deputat seçilib.
«Məni bu zonada hamı tanıyır, mənə hörmət qoyur. Namizəd olduğum dairədə kifayət qədər böyük nüfuzum var. Seçki kampaniyamda seçicilər məni o qədər gözəl qarşılayırdılar ki! Amma Ülviyyə Ağayeva heç görüş də keçirə bilmirdi. Çünki o, rusdilli idi. Görüşünə çox az adam gəlirdi».
O, bundan sonra daha deputat olmaq istəmədiyini bildirib: «Seçkilər saxtalaşdırıldı. Mən daha deputat olmaq istəmirəm».