Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:45

YAP: «Elza Seyidcahan şou ilə siyasəti qarışıq salıb»


YAP
YAP

-

«Elza Seyidcahanın dediklərini oxumuşuq. Onun iddialarının heç bir əsası yoxdur, yersiz iddialardır. Sadəcə, Elza Seyidcahan şou ilə siyasəti qarışıq salıb».

Hakim Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev AzadlıqRadiosuna belə deyib. O, radionun «Tahir Süleymanovu və onun səlahiyyətli nümayəndəsi Etibar Heydərovu saxtakarlıqda, rüşvət təklifində ittiham edən Elza Seyidcahanın dedikləri araşdırılacaqmı» sualını belə cavablandırıb.

O ki qaldı, Elza Seyidcahanın YAP-dan çıxarılması haqda deyilənlərə, Hüseyn Paşayevin cavabı belə olub: «Nizamnaməyə görə, partiya üzvünün xaric edilməsi rayon təşkilatlarının səlahiyyətindədir. Bununla bağlı qərarı da rayon təşkilatları verə bilər».

«BU MƏSƏLƏ GÜNDƏMDƏ DEYİL»

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov publika.az-a deyib ki, Elza Seyidcahan hələlik partiyanın üzvüdür: «Bilirsiniz ki, Milli Məclisə noyabrın 1-də keçirilən seçkilərdə partiyanın bir neçə üzvü YAP-ın irəli sürdüyü namizədlərə alternativ olaraq öz namizədliklərini irəli sürüblər. Yəqin ki, bununla bağlı YAP rəhbərliyi yaxın vaxtlarda öz fikrini bildirəcək. Ancaq indidən dəqiq deyə bilmərəm ki, bununla bağlı tədbir görüləcək və yaxud görülməyəcək. Hələ bu məsələnin müzakirəsi gündəmdə deyil».

YAP üzvü Elza Seyidcahan 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini vermişdi. O bu dairədə hakim partiyanın rəsmi namizədi Tahir Süleymanovla rəqabət aparıb.

XS
SM
MD
LG