Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:11

Saakashvilinin telefon danışıqları dinlənilir


Saakashvili
Saakashvili

Odessa qubernatoru Mikheil Saakashvilinin telefonuna qulaq asırlar, danışqlarını yazırlar və sayta qoyurlar. Həmin danışıqlarda Saakashvili “Rustavi 2” kanalını “inqilabi senari ilə getməyə” təhrik edir.Orda deyir ki, qarşıdurma olacaq, “üzlər əziləcək”.

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti həmin lent yazılarında doğrudan da Saakashvilinin səsinin olması və dövlət çevrilişi cəhdi ilə bağlı araşdırmaya başlayıb. Saakashvili ilə bağlı daha bir cinayət işi açılıb.

Saakashvili isə deyir ki, bu, Rusiyanın xüsusi xidmətlərinin ona qarşı əməliyyatıdır.

Saakashvilinin lent yazıları “Ukrainskaja WikiLeaks” və “Ukrainskja revolyutsiya” saytlarında yayılır.

TELEVİZİYA ƏLDƏN ÇIXDI

Lent yazılarından sonra Rustavi-2 kanalının keçmiş sahibinin şirkətdə borcunu geri tələb etməsi ilə bağlı məhkəmə onun xeyrinə qərar verdi və Rustavi 2 kanalı faktiki olaraq Saakashvilinin nəzarətindən çıxmış oldu. Saakashvili bunu "reyder əməliyyatı" adlandırır.

MÜSAHİBLƏR TƏSDİQLƏYİR

Səs yazılarında Saakashvili kanalın direktoru Nika Gvaramiya-ya deyir ki, davanı necə planlaşdırmaq lazımdır ki, hakimiyyət gözdən düşsün. Vaxtilə Təhlükəsizlik Şurasının sədri olan Giga Bokeriya ilə söhbətdə isə Saakashvili Rustavi 2 kanalının binası ətrafında barrikada qurmaqdan danışır.

Həm Bokeriya , həm də Gvaramiya Saakashvili ilə bu telefon danışıqlarını təsdiqləyirlər.

Azadlıq Radiosunun gürcü xidmətinin direktoru David Kakabadze xatırladır ki, Saakashvili prezident olanda da onun səsini yazıb, yayırdılar, “o, telefonla çox danışandır”.

Bir sual da açıq qalır ki, Ukraynanın vilayətinin qubernatorunun telefon danışığını kim yazır?

Azadlıq Radiosunun Ukrayna xidmətinin məlumatına görə, Ukraynanın Təhlükəsizlik xidmətinin nümayəndəsi Elena Gitlyanskayadan bunu soruşanda o bu suala cavab verə bilməyib.

XS
SM
MD
LG