Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:45

Qutuya bülletenlər atıb muğam oxuyan komissiya üzvü bunun səbəblərindən danışdı


Əvvəli topa bülleten, axırı muğam
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

Əvvəli topa bülleten, axırı muğam

-

«Əvvəli topa bülleten, axırı muğam» adı ilə sosial şəbəkələrdə gedən videoçarxı 2 mindən çox adam paylaşıb. Bu videoda hadisələr 77 saylı Astara seçki dairəsinin 30 saylı məntəqəsində səsvermə günü baş verib. Videoçarxda məntəqə seçki komissiyasının katibi Allahverən Əsədullayev qutuya topa bülletenlər atır, sonra isə muğam oxuyur. Allahverən Əsədullayev həm də seçki məntəqəsinin yerləşdiyi Ərçivan qəsəbə mədəniyyət evin müdiridir. Məntəqə də həmin mədəniyyət evində yerləşir.

YAŞLI SEÇİCİNİN UNUTQANLIĞI…

Alahverən Əsədullayev isə öz əməlinə haqq qazandırmağa çalışır. Onun dediyinə görə, yaşlı seçicinin yaddan çıxardıb getdiyi bülleteni qutuya salıb. Bunu kömək məqsədilə edib. Üstəlik deməsinə görə, muğamı səsvermənin başa çatdığı son dəqiqələrdə oxuyub. Video isə montaj olunub. Alahverən Əsədullayev deyir ki, məntəqədə səsvermə qanunun tələb etdiyi qaydada gedib .O, 3-4 aydan sonra yaşa görə, təqaüdə çıxacağını da söylədi.

«MƏDƏNİYYƏT İŞÇİSİ GƏRƏK ÖZÜNÜ NÜMUNƏVİ APARAYDI…»

Astara Mədəniyyət şöbəsinin müdiri Şadoğlan Bayramov da bu video ilə bağlı narahat olduqlarını bildirdi:

«77 saylı seçki dairəsindən Azərbaycanın tanınmış cərrahı Rəşad Mahmudov seçilib. O həm də Astara rayonunun Təngərüd kəndindəndir. Onun alternativləri çox zəif idilər. Bəri başdan onun qalib gələcəyini hamı bilirdi. Belə bir seçkidə belə hərəkətlərə yol vermək düz deyildi. Allahverən Əsədullayev həm də mədəniyyət işçisidir. O özünü gərək nümunəvi aparaydı. O, 3-4 aydan sonra pensiyaya çıxacaq. Rəhbərlik hansı tədbiri görəcək, onu gələcək göstərər».

77 saylı DSK-nın sədri Hikmət Əkbərov isə bu barədə məlumatsız olduğunu söylədi.

Buna da bax:

XS
SM
MD
LG