Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 04:57

Ödənişli təhsil alan tələbələr də təqaüd ala biləcəklər


Arxiv fotosu
Arxiv fotosu

Prezident İlham Əliyevin noyabrın 10-da imzaladığı sərəncamla ali məktəblərdə öz hesablarına, ödənişli təhsil alan tələbələr də təqaüd ala biləcəklər. Amma bu sərəncam 2016-cı il fevralın 1-dən qüvvədə olacaq.

Sərəncamla tələbələrin aldıqları təqaüdlərin hazırkı məbləğləri dəyişmir. Amma əvvəllər "Kafi", "Yaxşı", "Əla" kimi qiymətləndirmə sistemi indi ballarla göstərilir.

Sərəncama görə tələbələrin təqaüdləri aşağıdakı kimi hesablancaq:

Ali təhsil müəssisələrində:
adlı təqaüd alan tələbələrə – 120 manat

magistratura səviyyəsi üzrə:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə- 105 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 85 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 55 manat

bakalavriat səviyyəsi üzrə:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 95 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 80 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat

orta ixtisas təhsili müəssisələrində:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 50 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 40 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 35 manat.

XS
SM
MD
LG