-
Noyabrın 9-da ABŞ prezidenti Barack Obama Twitter-dən sonra Facebook-da qeydiyyatdan keçib.
Bundan əvvəl sosial şəbəkədə onun rəsmi səhifəsi vardı.
Prezident ilk paylaşımında videomüraciət yayıb: «Salam, Facebook! Nəhayət ki, mənim də öz səhifəm var. Ümid edirəm ki, bura ölkəmizlə bağlı ən vacib məsələlərin müzakirə məkanına çevriləcək».
«Haqqında» (About) bölümündə Obama «Ata, həyat yoldaşı və ABŞ-ın 44-cü prezidenti» yazıb.
Səhifəni bəyənənlərin sayı hər saniyə artır. Onların sayı artıq 1 milyona yaxınlaşır.
Obama-nın paylaşdığı videoya ilk şərhi isə Facebook-un yaradıcısı Mark Zuckerberg yazıb: «Xoş gəlmisiniz, prezident Obama. Facebook-a qatıldığınız üçün çox həyəcanlıyam. İnsanlarla nələr paylaşacağınızı maraqla gözləyirəm».