Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:09

Vergilər Nazirliyindən borclulara qadağa


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

Vergilər Nazirliyi dövlət büdcəsinə borcu olan 202 vergiödəyicinin ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırıb.

Nazirliyin noyabrın 19-da açıqladığı məlumata görə, qadağa «İcra haqqında» Qanuna və Vergi Məcəlləsinə əsasən həyata keçirilib.

«Vergiödəyicilərin ölkədən getmə hüququ məhkəmə qərarlarına əsasən məhdudlaşdırılıb. Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi bu şəxslərin ölkədən kənara çıxmasına icazə verilməyəcək», - məlumatda deyilir.

Ölkədən çıxmağa icazəsi olmayan vergiödəyicilərin 47-si Bakı şəhərindən, 5-i Sumqayıtdan, 11-i Gəncədəndir.

XS
SM
MD
LG