Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:26

RSF: «Xədicə barədə qərar rüsvayçıdır»


Xədicə İsmayıl.
Xədicə İsmayıl.

-

«Sərhədsiz Reportyorlar» beynəlxalq jurnalist təşkilatı Xədicə İsmayılın 7 il yarım azadlıqdan məhrum edilməsi barədə hökmü qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin qərarını «biabırçı» adlandırıb.

Beynəlxalq təşkilatları jurnalistin azadlığa buraxılmasına nail olmağa çağırıb.

Təşkilatın bəyanatında deyilir ki, X.İsmayıl bundan sonra qadınlar üçün nəzərdə tutulan cəzaçəkmə müəssisəsinə köçürüləcək. İşinə Ali Məhkəmədə baxılacaq.

«Ssenarı prezident İlham Əliyev tərəfindən yazılıb və bu tragikomediya Azərbaycan məhkəmələrində oynanılır». Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya bürosunun rəhbəri Johann Bihr belə deyib:

«Bu, əvvəldən siyasi məsələdir. Biz Azərbaycanın beynəlxalq tərəfdaşlarını Xədicə İsmayılın azadlığa buraxılmasını ən yüksək səviyyədə tələb etməyə çağırırıq».

Bəyanatda deyilir ki, Azərbaycanda hamı Xədicənin jurnalist və hüquq-müdafiə fəaliyyətinə görə həbs edildiyini bilir.

XS
SM
MD
LG