-
Altay, Başqırd, Tatar və başqa türk respublikalarına isə türk mədəni qurumlarıyla əməkdaşlığı qadağan edir
Rusiyada anti-Türkiyə mədəni tədbirləri
Moskva şəhər dumasının deputatları Mədəniyyət və KİV komissiyasında məsələ qaldırıblar ki, türk seriallarının və filmlərinin Rusiya televiziyasında yayımı dayandırılsın.
"Ümumiyyətlə, mən yaxşı türk serialı tanımıram... Yığışdırsalar, televiziya bundan qazanar ki, itirməz, daha da yaxşı olar" - sözügedən komissiyanın sədri Yevgeni Gerasimov deyib.
"Bizim ölkədə baxılması üçün serial alanlar nə aldıqlarını başa düşməlidirlər. O seriallar nəyi təbliğ edir? Onu təbliğ edir ki, baxın, müsəlman kişiləri necə qəşəngdirlər, hərəmxanada yaşamaq necə yaxşıdır və sair..."
Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra Rusiya mədəniyyət naziri 2017-ci ildə Türkiyədə Rusiyanın mədəniyyət və turizm ili, 2018-ci ildə isə Rusiyada Türkiyənin mədəniyyət və turizm ili keçirilməsi planını ləğv etdiyini bəyan edib.
Mədəniyyət naziri həm də Rusiya Federasiyasının Altay, Başqırd, Yakut, Tatarıstan, Tıva, Xakasiya türk respublikalarının başçılarına teleqram vurub ki, türk mədəniyyəti beynəlxalq təşkilatları olan TürkSoy, Türk Kültür və Sənət Ortak Yönətimi kimi qurumlarla əlaqəni kəssinlər.