-
Bir müddət əvvəl xəbər verildiyi kimi, «Acer» şirkətinin brendi altında Mingəçevirdə kompüter istehsalına başlanılır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirmişdi ki, istehsal ediləcək avadanlıq «Intel» korporasiyasının prosessorları və çipləri üzərində hazırlanacaq.
Artıq Mingəçevir texnoparkında kompüter avadanlığı istehsal edəcək şirkətin adı açıqlanıb. Bu iş Azərbaycanın «HI-Tech Invest» şirkətinə həvalə olunub.
«HI-Tech Invest» şirkəti Yüksək Texnologiyalar Parkının rezidenti statusunu alıb və Mingəçevir filialında fəaliyyət başlayıb.
Şirkətinin direktoru Səid Quliyevbildirib ki,2016-cı ilin fevral ayından artıq kompüterlərin istehsalına başlayacaqlar.