-
NİDA Vətəndaş Hərəkatı «Vicdana məktub» kampaniyasına başlayıb.
Məlumat hərəkatın Facebook səhifəsində yayılıb.
Məlumatda deyilir ki, kampaniya çərçivəsində bu həftə araşdırmaçı-jurnalist Xədicə İsmayıla (dekabrın 5-də həbsindən bir il ötür), Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədliyə (dekabrın 16-da həbsindən 2 il ötür), NİDA Vətəndaş Hərəkatının üzvü Əbdül Əbilova (dekabrın 17-də doğum günüdür), hüquq müdafiəçisi Leyla Yunusa (dekabrın 21-də doğum günüdür) və hüquq müdafiəçisi Rəsul Cəfərova məktub yazmaq olar.