-
Dekabrın 2-də saat 10-dan 18-dək Azərbaycanın bəzi yerlərində təbii qazın verilməsində məhdudiyyət olacaq.
Bu haqda SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib.
Dövlət Neft Şirkətinin «Hacılı» və Astara magistral qaz kəmərləri sahəsinin «Lerik», «Yardımlı», «İmişli» və «Əlillər» qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacağı bildirilir.
Təmir müddətində Şamaxı rayonunun Hacılı, Qızılmeydan və Əhmədli, Saatlı rayonunun Əlillər, Qobustan rayonunun Xilmilli kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu zaman Saatlı, Lerik və Yardımlı rayonlarının bir hissəsinin də təbii qaz təchizatında fasilə yaranması mümkündür.