►Rusiyanın başqa çarəsi yoxdu
Suriyada hərbi təyyarəsinin vurulmasından sonra rəsmi Moskva Türkiyədən gətirilən bir çox məhsula sanksiya tətbiq etməyə başlayıb.
Sanksiyalar, əsasən, Türkiyədən idxal edilən meyvə-tərəvəzə aiddir. Limon, qoz-fındıq, qırmızı ət və balıq idxalına qadağa qoyulmayıb.
Meyvə-tərəvəz İxracatçıları Birliyinin məlumatına görə, Türkiyə ilin ilk 10 ayında Rusiyaya 214.8 milyon dollarlıq limon göndərib. Bu rəqəm sözügedən sitrus məhsulunu Rusiyaya ixrac olunan meyvə-tərəvəz siyahısında ikinci pilləyə yüksəldib.
Buna da bax: Türkiyə Qətərdən qaz alacaq
“Başqa bir ölkədən gətirmələri mümkün deyil”
Aralıq dənizi ixracatçı birliklərinin sədri Bülent Aymen Türkiyə mediasına açıqlamasında Rusiyanın bu dörd məhsuldan imtina etməməsini belə dəyərləndirib:
"Rusiyanı yüksək keyfiyyətli meyvə-tərəvəz və uyğun qiymətlə Türkiyə təmin edirdi. İndiki qış şərtlərində həmin məhsulları eyni keyfiyyət və qiymətlə başqa ölkələrdən gətirmək mümkün deyil . Avropa Birliyinin tətbiq etdiyi sanksiya ucbatından İspaniyadan da ala bilməzlər".
Rusiya meyvə-tərəvəz ixracatında Türkiyənin əsas bazarları arasında olub. Özəlliklə sitrus meyvələrinin 70 faizi Rusiyaya ixrac edilir.