Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:26

Rus əsgərinin Bosfordakı bu hərəkəti Türkiyəni qəzəbləndirdi


Milliyet
Milliyet

►Səfirə etiraz bildirildi

Bosfor Boğazını geçən bir rus hərbi gəmisinin göyərtəsində bir əsgərin çiynində atış pozasında raket qurğusu ("PZRK" - daşına bilən zenit-raket kompleksi) tutması tənqidi reaksiya doğurub.

Məsələ ilə bağlı Rusiyanın Ankaradakı səfiri Andrey Karlov Türkiyənin Xarici İşlər Nazirliyinə çağrılıb. 50 dəqiqə davam etmiş görüşdə ona Ankaranın məsələylə bağlı narahatlığı çatdırılıb.

Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu vəziyyəti “təxribat” adlandırıb. O, bu hadisənin məhz indiki vaxtda baş verməsinin təsadüfi olmadığını, Rusiyanın bu mövqedən əl çəkməli olduğunu vurğulayıb.

Geopolitika və strategiya eksperti doktor Nejat Tarakçı deyib ki, “Beynəlxalq dəniz hüququna görə hərb gəmiləri zaman və şəraitdən asılı olmayaraq boğazlardan zərərsiz şəkildə keçməlidirlər. Bu meydan oxuma və silahla təhdid davranışı düşmənçilik hərəkəti kimi dyərləndirilə bilər. Əgər əldəki raket sahildəki hər hansı bir yerə zərər verə biləcək qabiliyyətə malikdirsə bu hərəkət daha ciddi durum yaradır.”

O əlavə edib ki, diplomatik kanallarla Rusiya hökumətindən bu davranışın səbəbləri soruşulmalıdır.

Türkiyə rus təyyarəsini vurandan sonra iki ölkə arasında qarşıdurma yaranıb. Rusiya Türkiyəyə sanksiyalar qoyub.

XS
SM
MD
LG