-
ABŞ Konqresinin liderləri xam neft ixracına 40 illik embarqonun ləğvi məsələsini razılaşdırıblar.
Nümayəndələr Palatasının spikeri Paul Ryan palatanın qapalı iclasında deyib ki, dekabrın 17-də 3 trilyon dollar həcmində büdcə xərcləmələri və bir sıra vergi güzəştlərinin uzadılması səsə qoyulacaq.
Neft ixracına ticarət məhdudiyyətinin ləğvi, bərpa olunan enerji mənbələri sahəsində güzəştli verginin müddətinin uzadılması nəzərdə tutulur.