-
Ali təhsil müəssisəsi təhsil haqqını ABŞ dolları və ya digər bir ölkənin pul vahidi ilə tələb edə bilməz.
Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq belə deyilir.
Cavabda bildirilir ki, ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqqı Azərbaycan manatı ilə ödənilir. Bu, tələbə ilə ali təhsil müəssisəsi arasında bağlanmış müqavilədə də öz əksini tapıb.
Bir müddət əvvəl bəzi kütləvi informasiya vasitələrində Bakı Qızlar Universitetində tələbələrdən təhsil haqlarının dollarla ödənilməsi tələb olunduğu barədə məlumat yayılıb.