Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:31

Bakıdan Naxçıvana gediş haqqı artırıldı


Bakı Avtovağzalı
Bakı Avtovağzalı

-

«Naxçıvan-Bakı marşrutu üzrə işləyən avtobuslarda gediş haqqı bahalaşıb».

Bu barədə ANS-ə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Məhəmməd Abdullayev bildirib.

Onun dediyinə görə, qiymət artımına səbəb dolların bahalaşması fonunda manatın dəyərdən düşməsidir: «Əvvəllər Naxçıvana getmək istəyən vətəndaşlar 16 manat ödəyirdisə, indi bu qiymət 25 manatdır. Hazırda Naxçıvana reyslərin 50 faizini İran şirkətləri, qalan hissəsini isə yerli şirkətlər həyata keçirir. Beynəlxalq reyslər müştərək olduğu üçün onların qiymətinə Tarif Şurası yox, Nəqliyyat Nazirliyi nəzarət edir. Həmin İran şirkətləri ilə yerli şirkətlər də daşıma xərclərinin qaldırılması üçün Nəqliyyat Nazirliyinə müraciət etdilər. Azərbaycanın, Naxçıvanın və İranın həmin nazirlikləri qiymətləri araşdırıb 25 manat miqdarında olmasını təsdiq ediblər».

Bakıdan Naxçıvana və əks istiqamətə reyslər gün ərzində 3-4 avtobusla həyata keçirilir. Avtobuslar İran ərazisindən keçməklə, yarım sutka ərzində ümumilikdə 500 kilometr məsafə qət edirlər.

Naxçıvan Muxtar Respublika sakinləri istisna olmaqla Azərbaycanın digər bölgələrində yaşayan sakinlər Naxçıvana getmək üçün İrana tranzit vizası üçün pul ödəyirlər.

XS
SM
MD
LG