Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:14

Polisi tənqid edən videobloqçunu tutdular


Polisi tənqid edən videobloqçunu tutdular
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00

Polisi tənqid edən videobloqçunu tutdular

-

Videobloqçu Hüseyn Əzizoğlunu polis saxlayıb.

Bu haqda AzadlıqRadiosuna onun dostu xəbər verib.

Hüseyn Əzizoğlu sosial şəbəkələrdə qısa videoların müəllifi kimi tanınır. O öz videolarını Facebookda yaratdığı "Üç Üz" adlı səhifədə paylaşırdı. Həmin videolarda xaricdə və Azərbaycanda baş verən müxtəlif hadisələri təsvir edirdi

Sonuncu belə videolarından birini yanvarın 7-də paylaşıb. Həmin videoda xaricdə bir fokusçu ilə Azərbaycanda vətəndaşın cibindən "narkotik çıxaran" polisi fokusçu kimi göstərib.

Sosial şəbəkələrdə Hüseyn Əzizoğlunun məhz həmin videoya görə tutulduğunu yazırlar.

Amma onun polisi tənqid edən çoxsaylı videoları var. (Ardı aşağıda)

Onun nəyə görə saxlanması barədə hələki hər hansı rəsmi məlumat yoxdur.

Bloqçunun anası isə deyib ki, Hüseyni "məhlədəki davaya görə tutublar, videolarına görə deyil".

Hüseyn Əzizoğlu polis rolunda. Satira
Hüseyn Əzizoğlu polis rolunda. Satira

XS
SM
MD
LG