Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:48

Qeyri-neft məhsullarının ixracı artıb, amma...


Yük maşınları
Yük maşınları

-

Yanvarın 15-də adından artıq «sənaye» sözü çıxarılan keçmiş İqtisadiyyat və Sənaye Nazirliyi belə bir məlumat yaydı ki, ötən ilin 11 ayında qeyri-neft ixracı 3.6% artaraq 1.5 milyard dollara çatıb.

Məlumatda o da deyilir ki, bu müddətdə Azərbaycandan xaricəəvvəlki eyni dövrlə müqayisədə 307 ədəd çox - 2 min 391 adda məhsul göndərilib. Ancaq ixracda qeyri-neft məhsullarının artması ümumi azalmaya mane ola bilməyib. Keçən ilin 11 ayında ixracat 48.73% azalıb.

Bunlar diqqətə alınsa, belə bir sual doğur ki,hansı məhsullarla ixracın həcmini artırmaq olar?

İqtisadçı-ekspert Nazim Məmmədov deyir ki, eyni mala daxili bazarda tələbat duyulmayanda ixrac artır: «Rəqabətədavamlı məhsul olmalıdır. İxracda elə məhsullar olmalıdır ki, dünya bazarlarında ona ehtiyac duyulsun».

Nazim Məmmədov
Nazim Məmmədov

«TƏKRAR İXRACIN ROLU ÇOXDUR»

Onun sözlərinə görə, Azərbaycanın ixracatında reeksportun - təkrar ixracın və ya başqa sözlə, bir ölkənin məhsulunu başqa ölkəyə göndərməyin rolu çoxdur: «Heç kəsə sirr deyil ki, Qərbin sanksiyalarından sonra Azərbaycan, Qazaxıstan və Belarus üzərindən Rusiyaya 3-cü ölkələrin məhsulları reeksport edilir. Yəni ölkəmiz üzərindən keçən tranzit yüklər də ixrac statistikasına düşür. İlkin olaraq bu araşdırılmalıdır. Məncə, bu qədər ixrac çox pozitiv rəqəmdir».

«ÖNCƏ İDXALI ARADAN QALDIRMALIYIQ»

Nazim Məmmədov Azərbaycanın, hələlik, idxaldanasılı ölkə kimi tanındığını söyləyir: «Dekabr devalvasiyasından sonra əmtəə qiymətindəki artım bir daha sübut etdi ki, Azərbaycan idxaldan çox asılıdır. İdxaldanasılı ölkənin öncə bu asılılığı aradan qaldırması və ixrac haqqında daha sonra düşünməsi səmərəli olar».

XS
SM
MD
LG